“Henkel” Rusiyadakı fəaliyyətini dayandırır

20 Aprel 2022 14:00

Almaniyanın məişət kimyası məhsulları şirkəti "Henkel" Rusiyada fəaliyyətini dayandırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi qərarı "Ukrayna müharibəsində yaşanan mövcud hadisələr"lə əsaslandırıb.

Həmçinin, "Henkel"in Rusiyadakı 2 500 əməkdaşının məvaciblərini ölkəni tərk etmə prosesi tamamlanana qədər ödəməyə davam edəcəyi bildirilib.

Qeyd edək ki, "Henkel" 30 ildən artıqdır ki, Rusiyada fəaliyyət göstərir. Şirkət "Persil", "Pril", "Fa", "Schwarzkopf", "Vernel" və "Perwoll" kimi tanınmış brendlərin istehsalçısıdır.

Milli.Az