“General Motors” Rusiyanı tamamilə tərk edir

20 Aprel 2022 09:24

Amerika avtomobil konserni "General Motors" (GM) Rusiyanı tərk edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkət Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiya Federasiyasında fəaliyyətini tamamilə dayandıran ilk xarici avtomobil nəhəngi olacaq.

Dilerlər artıq ABŞ sanksiyaları ilə faktiki olaraq qadağan edilən avtomobillərin çatdırılmasını dayandırmaq barədə bildiriş alıblar. Bundan əlavə, GM Rusiya ofisinin işçilərini də ixtisar edir.

Milli.Az