Marsa biletin qiyməti açıqlandı

20 Aprel 2022 08:12

"SpaceX"-in rəhbəri İlon Mask bildirib ki, onun şirkətinin kosmik gəmisində Marsa biletin təxmini qiyməti 100 min dollar olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dünyanın ən varlı adamının fikrincə, qiymət Yer kürəsinin bir çox sakinləri üçün münasib olmalıdır.

"Məsələn, Marsa getmək 100 000 dollara başa gələrsə, o zaman demək olar ki, hər kəs bunun üçün çalışa bilər. Biz Mars səyahətini hamı üçün əlçatan etmək istəyirik", - deyə milyarder bəyan edib.

Milli.Az