Pentaqon: Ukrayna digər ölkələrdən təyyarə və tanklar alıb

20 Aprel 2022 08:31

Ukrayna hava donanmasını artırmaq üçün digər ölkələrdən təyyarələri üçün platforma və ehtiyat hissələri alıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi açıqlama verib. O bildirib ki, dəstək sayəsində Ukraynanın bəzi təyyarələri yenidən işlək vəziyyətdə olacaq: "Hazırda bu ölkənin iki həftə əvvəllə müqayisədə daha çox fiksasiya olunmuş qanadlı qırıcı təyyarəsi var. Bu da təsadüfi deyil. Belə təyyarələrlə iş təcrübəsinə malik digər ölkələr hərəkətsiz təyyarələri qaldırıb-endirməkdə Ukraynaya kömək edə biliblər".

Lakin Pentaqonun spikeri söhbətin hansı ölkələr və təyyarələrdən getdiyini dəqiqləşdirməyib. O, oxşar sxemlə digər ölkələrin Kiyevə tank yardımı etdiklərini də diqqətə çatdırıb.

Milli.Az