Bakı sakini bıçaqlanıb

20 Aprel 2022 08:19

Bakının Nizami rayonunda bıçaqlanma baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Nəbiyev Elşən Qurbanəli oğlu tanışı tərəfindən küçədə bıçaqlanıb.

Yaralı bədənin kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları araşdırır.

Milli.Az