“Reuters”: Fransa Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır

20 Aprel 2022 07:14

Fransa Rusiyanın hərbi əməliyyatı başa çatdıqdan sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə respublika prezidentinin məsləhətçisinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

"Ölkəmiz təhlükəsizlik zəmanətlərini verməyə hazırdır. Biz Ukraynaya silah tədarükü haqqında danışa bilərik ki, yeni hücumun öhdəsindən gələ bilsin", - deyə agentlik rəsminin sözlərindən sitat gətirib.

Milli.Az