Xaşaxuna bağlarında qan töküldü
7 May 2010 15:10
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə Xaşaxuna bağlar sahəsində rayon sakini 31 yaşlı Rüfət Əbdulovla Emin Quliyev arasında baş verən münaqişə qanla başa çatıb. R.Əbdülov mübahisə zamanı tanışı 25 yaşlı Emin Quliyevə bıçaqla xəsarət yetirib.
R.Əbdülov tutulub. Faktla bağlı cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az