Sonuncu dəfə "Doya doya moda" verilişinin münsif kürsüsündə əyləşən aktrisa Seray Sever ana olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın əkiz qız övladları dünyaya gəlib. O, körpələrə Sofia və Alya adlarını verib.
Qeyd edək ki, aktrisa 2018-ci ildə özündən 10 yaş kiçik sevgilisi Eray Sünbüllə evlidir. Uzun müddətdir övladı olmayan cütlük bunun üçün müalicə alırdı.
Milli.Az