Gürcüstanda yoluxanların sayı 1 653 460 nəfərə çatıb

19 Aprel 2022 16:00

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 342 yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 653 460, ölənlərin sayı isə 16 794 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 634 474 nəfərin sağaldığı bildirilib.

Milli.Az