Krivoy Roq rayonu atəşə tutuldu

19 Aprel 2022 10:54

Aprelin 18-dən 19-na keçən gecə rus əsgərləri Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonuna hücum ediblər.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.

"Gecə ruslar Krivoy Roq rayonunun yaşayış məntəqələrini: Zelenodolsk, Maryanskoe, Velika Kostromka və başqalarını (Dnepropetrovsk və Zaporojye vilayətləri arasında inzibati sərhədə yaxın) çoxsaylı reaktiv raket sistemlərindən və top artilleriyasından kütləvi şəkildə atəşə tutublar", - o deyib.

Vilkulun sözlərinə görə, əhali arasında tələfat yoxdur, lakin fərdi evlər və bir mənzil sahəsi dağılıb.

Daha əvvəl Vilkul bildirib ki, Krivoy Roq və Dnepropetrovsk vilayətində vəziyyət sabitdir: "Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonu ərazisində düşmən yoxdur. Cəbhə artıq Xerson vilayətindən keçir".

O, aydınlaşdırıb ki, düşmən mövqelərini itirsə də, atəşə tutmaqda davam edir, beynəlxalq müqavilələrdə qadağan olunmuş sursatlardan, o cümlədən kasetli sursatlardan istifadə edir.

Aslan Məmmədov
Milli.Az