Tanınmış müğənnini sözçü təyin etdilər - Etirazla qarşılandı - FOTOlar

19 Aprel 2022 15:00

İndoneziyada təşkil olunacaq G-20 zirvəsinin sözçüsü tanınmış müğənni Ayunda Faza Maudya olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Lakin 27 yaşlı müğənninin sözçü təyin olunması ölkədə birmənalı qarşılanmayıb. Onun diplomatik təcrübəsinin olmadığı qeyd olunub. Xarici KİV-lərin məlumatına görə, Ukraynada müharibənin davam etdiyi bir vaxtda rəsmilər G20 zirvəsini diqqətçəkən etmək üçün belə həmlə edib.

Milli.Az