Rusiya ordunun yarısını Ukraynada itirdi

19 Aprel 2022 20:54

Rusiyanın genişmiqyaslı hərbi hücum zamanı malik olduğu taktiki balatyon qruplarından yarısını itirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun təqaüddə olan generalı Kennedi Kevin Rayan deyib.

O bildirib ki, açıq mənbələr 160-ya yaxın taktiki batalyon qruplarından 120-130-u müharibəyə müdaxil olub:

"Rusiya ordusu Kiyevdən çəkilən zaman bu 120-130-dan da təxminən 70-80-i qalmışdı. Bunlar ciddi itkilərdir. Yəni, müharibənin əvvəlində Rusiyanın sahib olduğu balatyonlardan indi yalnız 50 faizi qalıb".

Milli.Az