Türkiyə ordusu 26 terrorçu zərərsizləşdirib

19 Aprel 2022 23:14

İraqın şimalında "Pençe Kilit" antiterror əməliyyatı zonasında PKK terror təşkilatının ən azı 26 silahlısı zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçulara qarşı əməliyyat planlaşdırıldığı kimi uğurla davam edir.

Milli.Az