Bakıda gənc motosikletlə qəza törədib

19 Aprel 2022 08:22

Bakıda 24 yaşlı gənc motosikletlə qəza törədib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Sadıqov Azər Böyükağa oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az