BMT-nin Baş katibinin müavini koronavirusa yoluxub

19 Aprel 2022 08:18

BMT-nin Baş katibinin müavini Martin Qriffits koronavirusa yoluxub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qriffits Tvitterdə məlumat verib.

"Təəssüflə bildirirəm ki, mənim koronavirus testim müsbət nəticə verib. Hazırda həkimlərin tövsiyəsinə uyğun şəkildə təcrid olunmuşam" - deyə Qriffis qeyd edib.
Diplomat xəstələndiyi üçün bu həftə Türkiyə, Rusiya və Ukraynaya nəzərdə ttulan səfərini təxirə salıb.

Milli.Az