ABŞ-da karantin qaydaları yumşaldılıb

19 Aprel 2022 07:53

ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi xaricə səfərlərlə bağlı məhdudiyyəti yumşaldıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əvvəllər hətta tam kurs vaksin olmuş şəxslərin belə 90 ölkəyə səyahəti qadağan idi.

Bu gündən həmin məhdudiyyət ləğv edilib. Mərkəz bildirib ki, qırmızı məhdudiyyət səviyyəsi yalnız istisna hallarda - yoluxma sayı kəskin artdıqda tətbiq ediləcək.
Bununla belə, Mərkəz 120 ölkəyə səyahətdən çəkinməyi tövsiyə edib.

Milli.Az