"McKinsey" Rusiyada müştəri xidmətini dayandırıb

19 Aprel 2022 07:45

"McKinsey" konsaltinq şirkəti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyadakı müştəriləri ilə əməkdaşlığı dayandırıb.

Bu barədə şirkətin mətbuat xidməti bildirib.

"Rusiyada müştərilərə bütün xidmətlərin göstərilməsi 15 aprel 2022-ci il tarixindən dayandırılıb", - deyə qeyd olunub.

Məlumata əsasən, bu qərar şirkətin martın 3-də Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatı" ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyi ilə bağlıdır.

Milli.Az