Universitetdən çıxandan sonra itkin düşüb - Polis Lamiyəni axtarır - FOTO

19 Aprel 2022 07:00

Abşeronda itkin düşən gənc qız axtarılır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Xırdalanda yerləşən Bakı Mühəndislər Universitetinin tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.

21 yaşlı Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.

Milli.Az