Martiqn Qriffits Moskvaya gedəcək

18 Aprel 2022 23:51

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martiqn Qriffits yenidən Moskvaya səfər edəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o,Ukrayna məsələlərini müzakirə etmək üçün bu həftə Türkiyəyə səfər etdikdən sonra Moskvaya qayıtmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, Qriffits artıq bir dəfə də Moskva və Kiyevdə olub.

Milli.Az