Kriştianu Ronaldunun övladı vəfat edib

18 Aprel 2022 22:40

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldunun övladı dünyasını dəyişib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə 37 yaşlı hücumçu özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Təcrübəli forvard yenicə doğulmuş əkiz övladlarından birinin vəfat etdiyini bildirib. Körpənin ölüm səbəbi dəqiq bilinmir.

Milli.Az