Türkiyə prezidenti: "Buça və İrpendə baş verənlər danışıqlar prosesinə kölgə saldı"

18 Aprel 2022 22:35

Tərəflər nəzərə çarpacaq irəliləyiş əldə etmişkən, Buça və İrpendən gələn görüntülər, Kramatorskda mülki insanların hədəfə alınması atılan addımlara kölgə saldı.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Mən səmimi şəkildə inanıram ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması şərti, dialoq yolu ilə problemin həlli tapıla bilər" - deyə Ərdoğan vurğulayıb.

Milli.Az