Rusiyada koronavirusdan daha 213 nəfər ölüb

18 Aprel 2022 17:54

Rusiyada son sutka ərzində daha 9434 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 084 151 nəfərə çatıb.

Son sutka ərzində 213 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 373 713 nəfərə çatıb.

Milli.Az