Kadırovdan Zelenskiyə: "Bu günlərdə səni bitirəcəyik"

18 Aprel 2022 16:36

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya on il müqavimət göstərməyə hazır olması barədə bəyanatını şərh edib.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Kadırovun sözlərinə görə, Zelenski üçün hər şey bir neçə günə bitəcək:

"Burada oxudum ki, Zelenski on il döyüşməyə hazır olduğunu bəyan edib. Sən nəsən? O qədər vaxtımız yoxdur, bu günlərdə səni bitirəcəyik. Məncə, səndə şizofreniya var. Böyük qardaşın Baydenin yanına get və bir-birinizlə salamlaşın".

Milli.Az