Gürcüstanda 74 yeni yoluxma qeydə alınıb

18 Aprel 2022 20:00

Gürcüstanda son sutkada koronavirusa 74 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 1 nəfər vəfat edib, 357 nəfər isə müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 653 118 nəfər yoluxub. Onların 1 634 313-ü sağalıb, 16 793-ü isə ölüb.

Milli.Az