Məşhur aktrisa daim cavan qalmasının sirrini açıqladı: «Müntəzəm seks!» - FOTO
7 May 2010 16:00
47 yaşı olmasına rəğmən çox gənc həmkarlarına nümunə sayılan Demi Mur belə qalmasının "sirrləri"ni açıqlayıb. Amerika mətbuatının yazdığına görə, o, cavan qalmaq üçün əməl olunmalı şərtin nəinki asan, hətta zövqverici olduğunu söyləyib. "Əgər ərin səndən 15 yaş cavandırsa, gərək onunla ayaqlaşasan. Mən də belə edirəm... Və məlum olub ki, həmişə cavan və formada qalmağın sirri pəhriz və idmanda yox, müntəzəm seksdə imiş", - deyə Hollivud ulduzu bildirib.
Xatırladaq ki, aktrisa 32 yaşlı Eşton Katçerlə nikahdadır. "Yaş fərqi bizimçün problem deyil. Hərdən düşünürəm ki, mən Eşton yaşında olanda gələcək ərim orta məktəbi yenicə qurtarıbmış. Amma indi bu bizə heç bir problem yaratmır", - deyə aktrisa bildirib.
Milli.Az
--------------------------------------------------------------------------------