"Qlobal Tayms": Ukrayna ABŞ-ın oyuncağıdır

18 Aprel 2022 19:42

ABŞ-ın Ukraynaya silah tədarükü böhranın sülh yolu ilə həlinə kömək etmir, yalnız bu münaqişəni uzadır. ABŞ və NATO Rusiyanı uzunmüddətli qan tökülməsinə çəkməklə tələyə salmaq istəyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu çinli hərbi müşahidəçi Sun Çonqpinq "Qlobal Tyams"da yazdığı məqaləsində deyib.

Çonqpinq Kiyevi "Vaşinqton çaylarında oynayan oyuncaq" adlandırıb:

"Ukraynaya davamlı olaraq silah-sursat verilməklə Ukrayna böhranını gözlənilməz istiqamətə yönləndirirlər".

Milli.Az