Futbol komandası formalardakı nömrələri QR kodlarla əvəz etdi - FOTO

18 Aprel 2022 13:54

Amerika futbolu üzrə Mərkəzi Florida Universitetinin (UCF) komandası ənənəvi forma nömrələrini QR kodları ilə əvəz edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bu kodları skan edərək klubun saytında oyunçuların tərcümeyi-halları ilə tanış olmaq mümkündür.

Futbolçuların QR kodları komandanın ev stadionunun müəyyən yerlərində də əks olunacaq.

Bunun tamaşaçılar üçün əlverişli olub-olmadığını isə söyləmək çətindir.

Milli.Az