Rusiya-Ukrayna danışıqları ekspertlər səviyyəsində davam edə bilər

17 Aprel 2022 22:14

"Son həftələr Kiyev və Moskva arasında yüksək səviyyəli təmaslar olmayıb".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba CBS telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Rusiya-Ukrayna danışıqları ekspertlər səviyyəsində davam edə bilər.

"Buçadan sonra ruslarla danışmaq xüsusilə çətinləşdi",- deyə Kuleba bildirib.

Milli.Az