Futbol üzrə Çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Trineç"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqəsində meydana buraxılıb.
"Viktoriya" 24 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Milli.Az