Ronaldo vurduğu hər qola görə bu qədər mükafat alacaq

17 Aprel 2022 18:30

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 33-cü turunda "Norviç"ə 3:1 hesabı ilə qalib gəldikləri oyunda het-trikə imza atdıqdan sonra yüksək məbləğdə mükafat alacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu mövsüm 21 qol vurduğu üçün klubla müqaviləsində bonus maddəsi aktivləşdirilib. Ronaldonun müqaviləsində 20 qola çatacağı təqdirdə, 905  min avro mükafat və het-trikə görə daha 120 min avro qazanacağı ilə bağlı maddə yer alıb.

Bundan başqa, Ronaldo bu mövsümün sonuna qədər vurduğu hər əlavə qola görə də 120 min avro alacaq.

Milli.Az