İran Qurani-Kərimin təhqir olunmasına görə İsveçə nota verdi

17 Aprel 2022 17:37

İran İsveçə nota verib.

Milli.Az APA-ya istinadən bildirir ki, İsveçin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, İsveçdə Qurani-Kərimin təhqir olunması pislənilib və bu ölkənin müvəqqəti işlər vəkilinə etiraz notası təqdim olunub.

Milli.Az