İngiltərədə 15 futbolçu dopinq-testdən keçə bilməyib

17 Aprel 2022 17:07

2015 - 2020-ci illərdə İngiltərə Premyer Liqasının ən azı 15 futbolçusu antidopinq qaydalarını pozub.

Milli.Az report-a istinadən xəbər verir ki, onlar qadağan olunmuş maddələrlə bağlı testlərdən keçə bilməyiblər. Oyunçulardan heç biri diskvalifikasiya olunmayıb.

İddiaya görə, analiz nəticələri müsbət çıxmış 15 futbolçudan 12-nin orqanizmində fiziki gücü artıran maddələr aşkarlanıb. Bu işlərdən biri ilkin hələ də araşdırılır. Hələlik futbolçulara qarşı heç bir sanksiya tətbiq edilməyib.

Milli.Az