Günəbaxan yağı qıtlığı Fransaya da çatdı

17 Aprel 2022 14:00

Ukrayna-Rusiya müharibəsindən sonra bir çox ölkələrdə yaranan günəbaxan yağı qıtlığı Fransaya da çatıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, Fransa bazarlarında günəbaxan yağı rəfləri boş qalıb.

Bu səbəbdən ölkədə bu yağın satışı məhdudlaşdırılıb. Hər adambaşına maksimum 3 şüşə satılmasına qərar verilib.

Milli.Az