Rusiyada koronavirusdan ölənlərin sayı 373 500 nəfərə çatdı

17 Aprel 2022 13:22

Rusiyada son sutka ərzində daha 10 263 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 074 717 nəfərə çatıb.

Son sutka ərzində 233 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 373 500 nəfərə çatıb.

Milli.Az