İndoneziya sahillərində güclü zəlzələ olub

17 Aprel 2022 12:14

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Nabire şəhərindən 273 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilmir.

Milli.Az