Liviyada etirazçılar neft hasilatını dayandırıblar

17 Aprel 2022 12:00

Liviyada baş nazir Abdel Hamid Dbeibanın istefasını tələb edən etirazçılar El Fil neft yatağının qarşısını kəsiblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Bloomberg hazırda həmin məkanda vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, etirazçılar yatağa toplaşdıqdan sonra orada neft hasilatı dayandırılıb. Həmçinin, El Filadan ixrac dayandırılıb. Qeyd olunur ki, adətən bu yataqdan gündə təxminən 65 min barel neft hasil edilir.

Milli.Az