“Səhvlərin üzərində işləməliyik” - İvan Brkiç

16 Aprel 2022 22:55

"Çətin oyun oldu. Vacib qələbə qazandıq".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Neftçi"nin qapıçısı İvan Brkiç Azərbaycan Premyer Liqasının XXIII turunda "Sabah"la keçirilən oyun barədə danışarkən deyib.

Xorvatiyalı qolkiper 1:0 hesabı ilə qalib gəldikləri matçın ardından "CBC Sport" telekanalına açıqlamasında təəssüratlarını bölüşüb: "Meydana 3 xal üçün çıxmışdıq və bunu bacardığımız üçün çox sevinirəm. Matç artıq geridə qaldı. Amma növbəti görüşlər üçün nəticə çıxarmalı, bəzi səhvlərin üzərində işləməliyik".

Brkiç artıq "Neftçi"yə uyğunlaşdığını söyləyib: "Hər bir oyunçu üçün yeni komandaya keçəndə uyğunlaşmaq üçün vaxt lazım olur. Mənim də oyundan-oyuna, məşqdən-məşqə komandaya uyğunlaşma dönəmim keçir. Artıq həm ölkəyə, həm də komandaya uyğunlaşmışam. Məşqlərdə əlimdən gələni edirəm ki, oyunlarda komandama faydalı olum".

Milli.Az