XİN-dən Tunisdə batan gəmidəki azərbaycanlılar barədə - Açıqlama

16 Aprel 2022 20:17

Bu gün Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb.

XİN-dən bildirilib ki, gəminin heyəti arasında iki Azərbaycan vətəndaşı olub:

"Gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb.

Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir".

Milli.Az