Hadise məhkəməni uduzdu, 460 min ödəyəcək

16 Aprel 2022 18:15

Bir müddətdir evlilik xəbərləri ilə gündəmdən düşməyən Hadise on illik məhkəməni uduzub.

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçını bir vaxt işbirliyi etdiyi brend  razılaşma  qaydalarını pozması səbəbilə şikayət edib.

İllərdir davam edən məhkəmə prosesində qərar verilib. Nəticədə, Hadisenin müqavilədə qeyd olunan 250 min euroluq ( təxminən 460 min manat) cəriməni ödəməsi uyğun görülüb.

Milli.Az