Lvov vilayətinə 4 raket atılıb

16 Aprel 2022 11:52

Rusiya Lvov vilayətinə raket zərbələri endirib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Lvov OVA-nın sədri Maksim Kozitskiy məlumat verib.

"Səhər saat 05:46-da başlayan və 07:02-yə qədər davam edən hava hücumu zamanı hava hücumundan müdafiə qüvvələrimiz işləyirdi", - Kozitskiy bildirib.

Daha sonra o əlavə edib ki, Lvov vilayətinə raket zərbələri Su-35 təyyarələrindən endirilib.

"Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Qərb" Hərbi Hava Komandanlığının zenit-raket qoşunlarının bölmələri dörd qanadlı raketi məhv edib! Rusiyanın qırıcıları Baranoviç aerodromundan havaya qalxıblar", - o deyib.

Aslan Məmmədov
Milli.Az