Kliçko Kiyevin atəşə tutulmasından yazdı

16 Aprel 2022 12:15

Səhər saatlarında Rusiya Kiyevi atəşə tutub.

Milli.Az bildirir ki, bu barədə şəhər meri Vitali Kliçko öz Telegram səhifəsində məlumat verib.

"Dostlar! Səhər saatlarında Kiyev atəşə tutulub. Şəhərin kənarındakı Darnitski rayonunda partlayışlar olub. Hazırda xilasedicilər və həkimlər hadisə yerində işləyir. Qurbanlar barədə məlumat dəqiqləşdirilir", - mer yazıb.

O, bir daha kiyevliləri "hava hücumu siqnallarına diqqət yetirməyə" çağırıb.

Kliçko həmçinin əvvəllər ölkəni tərk etmiş və paytaxta qayıtmağa hazırlaşan kiyevlilərdən hələlik bundan çəkinməyi və təhlükəsiz yerlərdə qalmağı xahiş edib.

Aslan Məmmədov
Milli.Az