Türkiyədə yeniyetmənin magistral yolda avtomobil idarə etməsi müzakirələrə səbəb oldu - VİDEO

16 Aprel 2022 13:15

Türkiyənin İstanbul şəhərində sükan arxasında oturan yeniyetmə oğlanın avtomobili idarəetməsi müzakirələrə səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videonu hadisəyə şahidlik edən sərnişinlərdən biri çəkib.

Görüntülərdə yeniyetmənin yanında qadının əyləşdiyi də aydın görünür.

Görüntülər sosial şəbəkələrdə geniş müzakirə edilib.

Milli.Az