Rusiya “Neptun” üçün komponentlər istehsal edən zavoda raket zərbələri endirdi

16 Aprel 2022 08:54

Rusiya "Neptun" gəmi əleyhinə raketləri üçün komponentlərin istehsal edildiyi "Julyanski Maşınqayırma Zavodu Vizar" dövlət hərbi-sənaye kompleksinin sexlərinə raket hücumu edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Ukroboronprom" dövlət konserninin feysbuk səhifəsində məlumat verilib. Hələlik müəssisədəki vəziyyətin təfərrüatları açıqlanmır.

Qeyd edək ki. Rusiya donanmasının "Moskva" kreyseri "Neptun" raketləri vasitəsilə vurulub.

Milli.Az