Bakıda binada yanğın olub

16 Aprel 2022 09:00

Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hadisə şəhərin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olub.

Ümumi sahəsi 90 m² olan mənzilin dəhlizinin döşəməsi və lambirindən ibarət tavanı 8 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az