“Qarabağ”a 8:0 uduzdular, istefa verdi

15 Aprel 2022 21:54

"Qarabağ"a 0:8 hesabı ilə uduzan "Şamaxı" klubunun baş məşqçisi Sənan Qurbanov istefa verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı çalışdırcı özü mətbuat konfransında açıqlayıb. 

Sənan Qurbanov bu cür acı məğlubiyyətdən sonra klubda qalmağın düzgün olmadığını bildirib.

Milli.Az