Mahir Emreli “Dinamo”da növbəti qolunu vurdu

15 Aprel 2022 21:24

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyada növbəti qolunu vurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Zaqreb "Dinamo"sunun "İstra"ya qarşı keçirdiyi matçda 3-cü qolun müəllifi olub. 

Emreli qarşılaşmanın 49-cu dəqiqəsində hesabı 3:0 edib.

Milli.Az