Yanvar-fevralda 616 əkiz, 33 üçəm doğulub

15 Aprel 2022 19:18

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20462 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olub. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.

Milli.Az