Müğənni Yaşar Cəlilov şəxsi həyatı ilə gündəmə gəlib.
Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, "Tam vaxtıdır" proqramına qatılan sənətçi bir daha evlənməyəcəyini açıqlayıb.
Yaşar artıq evlilik kitabını bağladığını bildirib:
"Mən o kitabı bağladım. Bir dəfə bəs edir. İkinci dəfə artıqdır. Mənim xarakterim, xasiyyətim pisdir".
Qeyd edək ki, Yaşar Cəlilov Nigar adlı xanımla evli olub. Onların ailə həyatı cəmi bir il davam edib. Sonra cütlük ayrılıb. Onların bu evlilikdən Aişə adlı bir qızı var.
Milli.Az