Daha bir ölkə tibbi maska rejimini ləğv etdi

15 Aprel 2022 21:00

Sloveniyada tibbi maskadan istifadə rejimi ləğv edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Sloveniya hökuməti qərar qəbul edib.

Qərara əsasən, bu gündən tibbi müəssisələr istisna olmaqla, ictimai yerlərin əksəriyyətində maskadan istifadə tələbi ləğv olunub. Eyni zamanda ölkədə karantin rejiminin bir sıra qaydaları da yumşaldılıb.

Milli.Az