AMEA Rəyasət Heyəti Aparatının rəhbəri işdən çıxıb

15 Aprel 2022 13:22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının rəhbəri Seyfəl Həsənov işdən çıxıb.

Bu barədə Milli.Az-a Akademiyadan məlumat verilib.

Qeyd olunub ki, S.Həsənov səhhətindəki problemlərlə bağlı işdən ayrılmaq üçün müraciət edib və müraciəti qəbul edilib.

Həmçinin bildirilib ki, hazırda onun yerinə təyinat yoxdur.

Milli.Az